İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Ramiz Mehdiyevin işində dindirilən yeni adlar kimlərdi?

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. Leqalxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi

9 baxış 3 dəq

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq.

Leqalxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdən daha bir neçəsinin adları bəlli olub.

Bunlar Ramiz Mehdiyevin Bakı Dövlət Universitetində kafedra müdiri işləyən qızı Kamilə Əliyeva, kürəkəni İlham Əlisəftər oğlu Əliyev, ləğv edilmiş "Bank BTB"nin əsas səhmdarı olan gəlini Nigar Mehdiyeva, "Bank BTB"nin Müşahidə Şurasının sədri və bankın səhmdarlarından biri Sadiq Rza İsmayıl, "Şərq-Qərb" Nəşriyyatının direktoru Sevil İsmayılova, AXCP sədri Əli Kərimli və müavini Məmməd İbrahimdir.

Sözügedən şahidlər hamısı DTX-də dindirilib. Onların məhkəmə istintaqı zamanı da şahid qismində ifadə verəcəkləri gözlənilir.

İlk iclas sentyabrın 21-i Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb.

Hazırda Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.

Onun ittiham olunduğu maddələrdən ikisinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bununla belə, Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törədərkən 65 yaşdan yuxarı şəxslər ömürlük məhkum edilə bilməz.

Xəbəri paylaş Dostlarınıza göndərin