İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"Ramiz Mehdiyev işi"ndə yeni adlar açıqlandı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub. Leqalxeber.az Gününsesi.info-ya istinadla xəbər verir ki, ötən gün Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə

9 baxış 3 dəq

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub.

Leqalxeber.az Gününsesi.info-ya istinadla xəbər verir ki, ötən gün Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat verilmişdi.

Belə ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və "Bakı Steel Company" zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindiriliblər.

Məlumata görə, həmin şəxslərin məhkəmə prosesində də şahid qismində ifadə verməsi gözlənilir.

Bu işlə bağlı daha bir diqqətçəkən məqam isə "Ramiz Mehdiyev işi" çərçivəsində həbs edilən AXCP sədri Əli Kərimli ilə bağlıdır.

Belə ki, Əli Kərimlinin cinayət işi sabiq PA rəhbərinin işindən ayrılsa da, lakin onun adı Mehdiyevin ittiham aktında şahid qismində keçir.

İstintaqa ifadə verməkdən imtina edən Əli Kərimlinin R.Mehdiyevin mühakiməsi zamanı dindirilib-dindirilməməsinə isə məhkəmə qərar verəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin