Leqal xəbər məlumat verir ki, Rafael Hüseynov Özbəkistanda səfər çərçivəsində Nizami adına Daşkənd Pedaqoji Universitetində mühazirə oxuyub. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən verilən məlumata görə, 500-ə yaxın müəllim və tələbənin iştirak etdiyi tədbirdə akademik “Orta əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyəti Mərkəzi Asiyanın kulturoloji kontekstində” mövzusunda çıxış edib. O, Azərbaycan dühasının son minillikdə müsəlman Şərqində intibahın formalaşmasında mühüm rol oynadığını vurğulayıb, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmaddəddin Nəsimi və digər görkəmli şəxsiyyətlərin elmi-mədəni irsindən bəhs edib. Akademik çıxışında həmçinin Cəlil Məmmədquluzadə və onunla bağlı olan Molla Nəsrəddin jurnalının tarixi əhəmiyyətinə xüsusi toxunub.
Mühazirədən sonra özbək və azərbaycanlı gənclərin iştirakı ilə konsert proqramı təqdim olunub.
Rafael Hüseynov Daşkənddə çıxış edib
Leqal xəbər məlumat verir ki, Rafael Hüseynov Özbəkistanda səfər çərçivəsində Nizami adına Daşkənd Pedaqoji Universitetində mühazirə oxuyub. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən verilən məlumata görə, 500-ə yaxın müəllim və tələbənin iştirak etdiyi tədbirdə akademik “Orta
19 baxış
3 dəq
