İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib

“Diqqət, uşaqlar!” devizi altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə rayonun 6 nömrəli tam orta məktəbində məktəblilər üçün maarifləndirici görüş təşkil olunub. Görüşün əsas məqsədi şagirdlərə küçə və yollarda

10 baxış 3 dəq
“Diqqət, uşaqlar!” devizi altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə rayonun 6 nömrəli tam orta məktəbində məktəblilər üçün maarifləndirici görüş təşkil olunub.
Görüşün əsas məqsədi şagirdlərə küçə və yollarda təhlükəsiz davranış qaydalarını aşılamaq, yol hərəkəti iştirakçıları kimi onların məsuliyyətini artırmaq olub.
Tədbirdə çıxış edən polis əməkdaşları məktəblilərə yol hərəkəti təhlükəsizliyi, sürücü-piyada münasibətləri, nizamlanan və nizamlanmayan piyada keçidlərindən düzgün istifadə, işıqfor siqnallarının tələbləri barədə ətraflı məlumat veriblər. Həmçinin, velosiped və elektroskuter sürücülərinin, eləcə də sərnişinlərin riayət etməli olduqları qaydalar diqqətə çatdırılıb.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb və yol hərəkəti təhlükəsizliyi ilə bağlı faydalı tövsiyələr verilib.

Xəbəri paylaş Dostlarınıza göndərin