Leqal xəbər məlumat verir ki, Qurban bayramına az vaxt qaldıqca bazarlarda və heyvandarlıq sektorunda canlanma müşahidə olunur. Bayram öncəsi qurbanlıq heyvanlara tələbatın artması isə ət qiymətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mütəxəssislərin fikrincə, xüsusilə quzu və qoyun ətinin qiymətində artım ehtimalı yüksəkdir. Bildirilir ki, əsas səbəb bayram günləri yaxınlaşdıqca bazarda tələbin kəskin şəkildə yüksəlməsidir.