Heyvan tərəfindən dişlənən və ya zədələnən şəxslər quduzluq riskini nəzərə alaraq dərhal tibb müəssisəsinə müraciət etməlidirlər.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Aytəkin Qurbanova “Sağlam həyat” verilişində çıxışı zamanı bu barədə vətəndaşlara xəbərdarlıq edib.
Onun sözlərinə görə, heyvan tərəfindən zədələnən şəxs vaxt itirmədən tibbi yardım almalı və quduzluq əleyhinə vaksinasiya olunmalıdır.
Mütəxəssis xüsusilə heyvan dişləməsi və ya cızması hallarında məsələni ciddi qəbul etməyin vacibliyini vurğulayıb.
Qeyd: Quduzluq həyati təhlükəli xəstəlik olduğundan, heyvan tərəfindən zədələnmə zamanı tibbi yardıma müraciət gecikdirilməməlidir.![]()