İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Qrenlandiyanın "buz qalxanı" sürətlə əriyir

Qrenlandiya ərazisinin təxminən 80 faizini təşkil edən buz örtüyü artıq 30-cu ildir ki, kiçilməkdə davam edir. Barədə Danimarka və Qrenlandiyanın Milli Geoloji Xidməti (GEUS) məlumat yayıb. Alimlər ərimə prosesini "iqlim siqnalı" adlandırırlar. Buz örtüyünün kütləsində sonuncu artım

6 baxış 3 dəq

Qrenlandiya ərazisinin təxminən 80 faizini təşkil edən buz örtüyü artıq 30-cu ildir ki, kiçilməkdə davam edir.

Barədə Danimarka və Qrenlandiyanın Milli Geoloji Xidməti (GEUS) məlumat yayıb.

Alimlər ərimə prosesini "iqlim siqnalı" adlandırırlar. Buz örtüyünün kütləsində sonuncu artım 1995/96-cı illərin mövsümündə qeydə alınıb. Həmin vaxtdan etibarən kütlə ancaq azalır. Mütəxəssislərin fikrincə, bu, sadəcə qısamüddətli dəyişiklik deyil.

GEUS-un son hesablamalarına əsasən, 2025/26-cı illər mövsümündə Qrenlandiyanın "buz qalxanı" təqribən 173 milyard ton, 2024/25-ci illərdə isə 130 milyard ton buz itirib. Bu rəqəmlər böyük olsa da, rekord səviyyədə deyil: 2012-ci ildə bu göstərici 458 milyard tona çatmışdı.

Qlyasiologiya və iqlim şöbəsinin tədqiqatçısı Siqne Hillerup Larsen məsələni belə izah edib:

"Bir ilin hava şəraitinə xeyli amillər güclü təsir göstərə bilər. Buna görə də onlar uzunmüddətli iqlim meylləri haqqında çox az məlumat verir. Məhz bu səbəbdən tədqiqatçılar iqlimlə bağlı hər hansı nəticə çıxarmaq üçün adətən 30 illik dövrü nəzərdən keçirirlər. Qrenlandiyanın "buz qalxanı" ardıcıl 30 ildir ki, kiçilir və bu, bədbin mənzərəni qəti şəkildə təsdiqləyir: qlobal istiləşmə əriməni sürətləndirir və Qrenlandiyada buz örtüyünün tədricən azalmasına gətirib çıxarır".

Xəbəri paylaş Dostlarınıza göndərin