Legal Xəbər məlumat verir ki, dünya əmtəə bazarlarında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 32,3 dollar enərək 4 472,7 dollar olub.
Məlumata görə, gümüş də ucuzlaşıb. Belə ki, qiymətli metalın bir troya unsiyasının qiyməti 1,29 dollar azalaraq 72,69 dollara düşüb.
