Legal Xəbər məlumat verir ki, dünya əmtəə bazarlarında qızılın qiymətində növbəti artım qeydə alınıb.
Məlumata görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 32,9 dollar yüksələrək 4 499,8 dollara çatıb. Eyni zamanda gümüşün qiymətində isə azalma müşahidə olunub.
Ekspertlər qiymətli metallar bazarındakı dəyişiklikləri qlobal iqtisadi proseslər, investorların təhlükəsiz aktivlərə marağının artması və beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalarla əlaqələndirirlər.