İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Qisasını qardaşı arvadının maşınından aldı.

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. Polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaşı və qayınatası da həmin şikayətə

7 baxış 3 dəq

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub.

Polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib.
Ş.Məmmədovun həyat yoldaşı və qayınatası da həmin şikayətə qoşulub. Onlar bildiriblər ki, Ş.Məmmədovun qardaşı Tural Məmmədov ailədə tez-tez münaqişə yaradır. T.Məmmədovun son olaraq qardaşı arvadının avtomobilinin təkərlərini bıçaqla kəsdiyi qeyd edilib.

Tural Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub. Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən 1994-cü il təvəllüdlü T. Məmmədov qardaşı arvadının avtomobilinə zərər vurduğunu etiraf edib: "Mən 2022-ci ildə avtomobil alqı-satqısı ilə bağlı şirkət yaratmışdım. Adıma avtomobillər çox olmasın deyə nəqliyyat vasitələrini qohumlarımın adına keçirirdim. Təxminən 1 ay əvvəl qardaşımdan maşını tələb etdim. O, həmin avtomobili satdığını dedi. Mən də əsəbiləşib onun xanımının avtomobilinin təkərlərini deşdim. Etdiyim hərəkətin səhv olduğunu bilirəm və peşmanam. Səhvim yalnız maşının təkərlərini deşmək olub. Təzəsini alıb qaytaracağam".

Məhkəmə Tural Məmmədovun əməlində xuliqanlıq tərkibinin olmaması qənaətinə gəlib və icraata xitam verib.

Xəbəri paylaş Dostlarınıza göndərin