Qazaxıstanda "Samruk-Kazına" fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və "Qazaxıstan Dəmir Yolları" milli dəmir yolu şirkətinin rəhbəri Eljas Otınşiyev saxlanılıblar.
Leqal Xəbər Report-a əsasən məlumat verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsi bəyan edib. Məlumata görə, saxlama əməliyyatını noyabrın 11-də Komitənin Korrupsiyaya qarşı Mübarizə Xidmətinin əməkdaşları həyata keçiriblər.
Hər iki təşkilatın rəhbərləri ilə birlikdə korrupsiya cinayəti törətməkdə şübhəli bilinən digər şəxslər də saxlanılıb.