İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradov dağ yürüşü zamanı dünyasın dəyişib.

“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradov müəmmalı şəkildə həyatını itirib. Bu barədə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu “facebook” səhifəsində paylaşım edib. Onun sözlərinə görə, Z.Muradov avqustun 1-də Qubada 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib və bu günə

8 baxış 3 dəq

“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradov müəmmalı şəkildə həyatını itirib. Bu barədə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu “facebook” səhifəsində paylaşım edib. Onun sözlərinə görə, Z.Muradov avqustun 1-də Qubada 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib və bu günə qədər hadisədən məlumatlı olmayıb: “Biz onun dünyasını dəyişdiyindən xəbərsiz olmuşuq. Neçə gündür yeni tərcümə vermək üçün ona zəng edirik, telefonu sönülüdür. İndi öyrənirik ki, Ziya avqustun 1-də Qubada, 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib. Ailəsi də hadisənin necə baş verdiyi ilə bağlı ciddi suallar qaldırır. Mənə maraqlıdır: belə bir ölüm faktı necə bu qədər səssiz qala bilər? Hadisə zamanı 17 nəfər orada olub. Ailə bədənində zədə izi gördüyünü bildirir. Hadisənin yeri və necə baş verməsi ilə bağlı müxtəlif ifadələrin olduğunu deyir. Bütün bunlara baxmayaraq, təxminən bir aya yaxın müddətdə biz – onun uzun illər əməkdaşlıq etdiyi nəşriyyat belə – ölümündən xəbər tutmamışıq”, - deyə Xuduoğlu yazıb. Qeyd edək ki, Ziya Muradov uzun illər “Qanun” Nəşriyyatı ilə əməkdaşlıq edib, rus dilindən Azərbaycan dilinə kitablar tərcümə edib. Onun son tərcümələrindən biri Yevgeni Zamyatinin “Biz” romanıdır.

Xəbəri paylaş Dostlarınıza göndərin