İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"QALATASARAY" BOSNİYALI HÜCUMÇU ÜÇÜN TƏKLİFİNİ ARTIRDI

LEQAL XƏBƏR məlumat verir ki, “Qalatasaray” Almaniyanın “Ştutqart” klubunda çıxış edən Ermedin Demiroviçi heyətinə qatmaq üçün transfer danışıqlarını sürətləndirib. Məlumata görə, İstanbul təmsilçisi 28 yaşlı bosniyalı hücumçu üçün təklifini 18 milyon avroya qədər artırıb. “Qalatasaray”ın daha

11 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, “Qalatasaray” Almaniyanın “Ştutqart” klubunda çıxış edən Ermedin Demiroviçi heyətinə qatmaq üçün transfer danışıqlarını sürətləndirib.

Məlumata görə, İstanbul təmsilçisi 28 yaşlı bosniyalı hücumçu üçün təklifini 18 milyon avroya qədər artırıb.

“Qalatasaray”ın daha əvvəl təqdim etdiyi 15 milyon avroluq təklif “Ştutqart” tərəfindən rədd edilib. Almaniya klubunun isə danışıqlara ən azı 20 milyon avro civarında məbləğdən başlamaq istədiyi bildirilir.

Ermedin Demiroviçin “Qalatasaray”a keçidə müsbət yanaşdığı və İstanbul klubunda illik 4 milyon avrodan çox maaş qazana biləcəyi qeyd olunur.

Qeyd edək ki, Türkiyə mətbuatında tərəflərin artıq 18 milyon avro məbləğində razılığa gəldiyi iddia edilsə də, Almaniya mənbələri bu rəqəmin hələlik yalnız rəsmi təklif mərhələsində olduğunu bildirir.

Xəbəri paylaş Dostlarınıza göndərin