İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Qadını küçədə öldürüldü

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Pərviz Paşapurun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, hadisə 2012-ci

9 baxış 3 dəq

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Pərviz Paşapurun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2012-ci ildə Yasamal rayonu ərazisində baş verib. Şəki şəhər sakini 24 yaşlı Pərviz Paşapur yaşadığı evin qarşısında 18 yaşlı Günel Nəsirovaya 8 bıçaq zərbəsi vurub. Xəsarət alan xəstəxanaya çatdırılıb və orda çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Hadisədən təxminən 4 saat sonra Pərviz Paşapur könüllü polisə gələrək təslim olub.

İstintaqla müəyyən olunub ki, Pərviz Paşapur mobil telefonla mərhumun anasına zəng edərək qızı Günelin onunla danışmadığı halda onu öldürəcəyi ilə hədələyib.

Bundan sonra Paşapur əvvəllər elçi göndərməsinə baxmayaraq Günelin ona ərə gəlməməsini bəhanə edib həyatdan məhrum etmək qərarına gəlib.

Beləliklə o, saat 16:40 radələrindən Şərifzadə küçəsində marketin qarşısında Günelin işdən çıxmasını gözləyib.

Saat 21:00 radələrində Günelin iş yoldaşı ilə işdən çıxmasını görən Pərviz onun arxasınca gəlib və evin qarşısında Nəsirovanı yerə yıxıb üzərindəki bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2012-ci il tarixli hökmü ilə Pərviz Paşapur 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin