Legal Xəbər məlumat verir ki, hüquqşünaslar bank kartlarından vətəndaşın xəbəri olmadan çıxarılan kiçik məbləğlərin də ciddi hüquqi məsuliyyət yaratdığını bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, kart sahibinin razılığı olmadan həyata keçirilən istənilən əməliyyat məbləğindən asılı olmayaraq icazəsiz əməliyyat hesab olunur. Belə hallarda vətəndaşın mülkiyyət hüququnun pozulmasından söhbət gedir və məsələ qanunvericiliyin tələblərinə uyğun araşdırılmalıdır.
Hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, vətəndaş kartından hətta bir neçə qəpik və ya kiçik məbləğ silindiyini görərsə, bunu diqqətdən kənarda qoymamalıdır. Çünki bu cür əməliyyatlar bəzi hallarda kart məlumatlarının ələ keçirilməsinin ilk əlaməti ola bilər.
