İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

PREZİDENT İLHAM ƏLİYEV OMANIN YENİ SƏFİRİNİ QƏBUL EDİB

LEQAL XƏBƏR xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət zamanı Azərbaycan ilə Oman arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkənin bir çox sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində

7 baxış 3 dəq

LEQAL XƏBƏR xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət zamanı Azərbaycan ilə Oman arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkənin bir çox sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini bildirib. Dövlət başçısı tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb və onun ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Saif Raşid Saif Al Cahvari isə Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirərək, Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Sultanın Azərbaycan Prezidentinə möhkəm cansağlığı, ölkəyə isə davamlı inkişaf və uğurlar arzuladığını qeyd edib.

Prezident İlham Əliyev xoş sözlərə və səmimi salamlara görə təşəkkürünü bildirib, öz salamlarını da Oman Sultanına çatdırmağı xahiş edib.

Görüşdə diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunmasının əhəmiyyəti vurğulanıb. Səfir, həmçinin Leyla Əliyevanın bu ilin əvvəlində Omana səfərini xatırladaraq, həmin səfərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Söhbət zamanı Azərbaycan və Oman arasında turizm sahəsində əməkdaşlıq, birgə investisiya fondunun fəaliyyəti və gələcəkdə fondun maliyyə imkanlarının genişləndirilməsi perspektivləri də müzakirə olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin