Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələri ilə görüş zamanı Zəngəzur dəhlizinin icrası ilə bağlı son vəziyyəti açıqlayıb. Dövlət başçısı bildirib ki, layihə üzrə avtomobil yolunun təxminən 90 faizi, dəmir yolunun isə 70 faizi artıq hazırdır. Prezident vurğulayıb ki, yaxın gələcəkdə dəhlizin tam istifadəyə verilməsi gözlənilir. Qars–Naxçıvan dəmir yolunun tikintisinin də artıq başladığını xatırladan İlham Əliyev qeyd edib ki, bu layihələrin uzlaşdırılmış şəkildə icrası regionda yeni mühüm nəqliyyat dəhlizinin formalaşmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, yeni dəhliz ilkin mərhələdə 15 milyon ton yük daşıma gücünə malik olacaq və gələcəkdə bu göstəricinin artacağı gözlənilir.
Prezident əlavə edib ki, bu layihə təkcə Azərbaycan üçün deyil, geniş region və beynəlxalq əməkdaşlıq baxımından da böyük əhəmiyyət daşıyır.
Prezident açıqladı
Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələri ilə görüş zamanı Zəngəzur dəhlizinin icrası ilə bağlı son vəziyyəti açıqlayıb. Dövlət başçısı bildirib ki, layihə üzrə avtomobil yolunun təxminən 90 faizi, dəmir yolunun isə 70 faizi artıq
14 baxış
3 dəq
