İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir

Payız mövsümündə yağıntı, duman və külək yol şəraitinə təsir göstərərək sürücülər və piyadalar üçün əlavə risklər yaradır. Görmə məsafəsinin azaldığı, yol örtüyünün sürüşkən olduğu belə şəraitdə ehtiyatsız davranış və qayda pozuntuları ağır nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi

10 baxış 3 dəq
Payız mövsümündə yağıntı, duman və külək yol şəraitinə təsir göstərərək sürücülər və piyadalar üçün əlavə risklər yaradır. Görmə məsafəsinin azaldığı, yol örtüyünün sürüşkən olduğu belə şəraitdə ehtiyatsız davranış və qayda pozuntuları ağır nəticələrə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri hava və yol şəraitinə uyğun təhlükəsiz sürət seçməyə, nəqliyyat vasitələri arasında ara məsafəsini qorumağa, qəfil əyləcləmədən və təhlükəli manevrlərdən çəkinməyə çağırır. Piyada keçidlərinə, yolayrıclarına və təhsil müəssisələrinin ətrafına yaxınlaşarkən sürət əvvəlcədən azaldılmalı, piyadaların hərəkətinə xüsusi diqqət yetirilməlidir.
Sürücülər səfərdən əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamalı, xüsusilə şüşəsilənlərin, xarici işıq cihazlarının və əyləc sisteminin saz vəziyyətdə olmasına diqqət yetirməlidirlər. Təkərlərin mövsümə və yol şəraitinə uyğunluğu da təhlükəsiz hərəkətin vacib şərtlərindəndir.
Piyadalar da yollarda diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun hər iki istiqamətini nəzərdən keçirməli və yaxınlaşan nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirməlidirlər. Məhdud görünmə şəraitində diqqəti yayındıran davranışlardan, o cümlədən yolu keçərkən mobil telefondan istifadə etməkdən çəkinmək vacibdir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yol hərəkəti qaydalarına əməl etməyə və təhlükəsizlik məsələsində məsuliyyətli davranmağa çağırır.


Xəbəri paylaş Dostlarınıza göndərin