İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Paytaxtda avtobuslar üçün svetofor quraşdırılacaq

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq. Bu barədə Leqal Xəbər-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, Mərkəz tərəfindən Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetoforun

8 baxış 3 dəq

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq.

Bu barədə Leqal Xəbər-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, Mərkəz tərəfindən Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetoforun quraşdırılması nəzərdə tutulub.

İlkin mərhələdə svetoforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud olan "L" tipli dirəkdə yerləşdirilməsi planlaşdırılır. Layihəyə əsasən, həmin dirəkdə "T" formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi svetofor quraşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçiriləcək layihənin əsas məqsədi avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Ömər Xıdırov onu da qeyd edib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra bu növ svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin