Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino Fransa millisinin kapitanı Kilian Mbappeyə qarşı səsləndirilən irqçi ifadələri qətiyyətlə pisləyib.
LEQAL XƏBƏR verir ki, FIFA rəhbəri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, DÇ-2026-nın 1/8 final mərhələsində Fransa – Paraqvay oyunundan (1:0) sonra Paraqvay senatoru Seleste Amariliya matçın yeganə qolunun müəllifi Kilian Mbappeni irqçi zəmində təhqir edib.
Hadisədən sonra Fransa Futbol Federasiyası senatorun açıqlamalarını qəbuledilməz adlandıraraq məsələ ilə bağlı prokurorluğa müraciət edib.
Canni İnfantino bildirib ki, Paraqvaylı senatorun Mbappeyə qarşı səsləndirdiyi irqçi fikirləri qətiyyətlə qınayır.
FIFA prezidenti vurğulayıb ki, futbol ictimaiyyəti və bütövlükdə cəmiyyət Kilian Mbappe ilə həmrəydir və irqçiliklə mübarizə birgə aparılmalıdır.
"Biz irqçiliyə qarşı mübarizə aparmalı və onu birlikdə kökündən məhv etməliyik", – deyə İnfantino qeyd edib.![]()