Leqal xəbər məlumat verir ki, Pakistanın Baş naziri Şahbaz Şərifin yaxın günlərdə Çinə rəsmi səfər edəcəyi bildirilir. Səfər çərçivəsində iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın müzakirə olunacağı gözlənilir.
Məlumata görə, görüşlər zamanı regional təhlükəsizlik, ticarət əlaqələri və Çin-Pakistan İqtisadi Dəhlizi layihəsi əsas müzakirə mövzularından olacaq. Tərəflərin strateji tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparacağı qeyd edilir.