LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif “Çiçəklənən Ermənistan” partiyasından deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib.
Vanadzorda keçirilən seçkiqabağı mitinqdə çıxış edən Paşinyan bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxın saatlarda materialları İstintaq Komitəsinə təqdim edəcək və Tevanyana qarşı cinayət işi açılması gözlənilir.
“Biz Ermənistan Respublikasında bu casus şəbəkəsini tamamilə məhv edəcəyik”, — deyə Paşinyan vurğulayıb.
Baş nazirin açıqlaması Ermənistan siyasətində yeni gərginlik yaradıb. Qeyd olunur ki, Andranik Tevanyanın rəhbərlik etdiyi “Ana Ermənistan” siyasi qüvvəsi Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası ilə birlikdə parlament seçkilərində iştirak edəcəyini elan etmişdi. Tevanyan həmin siyahıda ikinci yerdə qərarlaşıb.