LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında anklavlarla bağlı məsələnin sülh yolu ilə həllinin vacibliyini bildirib.
Paşinyanın sözlərinə görə, bu proses sərhədyanı ərazilərdə yaşayan insanlar üçün yeni problemlər yaratmamalıdır.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, razılaşdırılmış delimitasiya prinsiplərinə əsasən Kərki, Bərxudarlı və Yuxarı Əskipara Azərbaycanın əraziləridir.
Paşinyan vurğulayıb ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılır. Sözügedən sənəddə keçmiş sovet respublikalarının inzibati sərhədlərinin tanınması prinsipi əks olunub.
Ermənistanın baş naziri məsələnin həll edilməli olduğunu, lakin bunun hərbi yolla həyata keçirilməməli olduğunu bildirib.
“Bu, artıq bağlanmış keçmişin səhifəsidir”, – deyə Paşinyan qeyd edib.![]()