LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan regionda kommunikasiyaların açılmasının və nəqliyyat əlaqələrinin bərpasının uzunmüddətli sülhün əsas təminatlarından biri olacağını bildirib.
Paşinyanın sözlərinə görə, dəmir yolları, avtomobil magistralları və elektrik ötürücü xətləri gələcək regional infrastrukturun əsas elementlərini təşkil edəcək.
Baş nazir vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkəti sülhün praktik nəticəsi olacaq.
“Təsəvvür edin: biz Azərbaycana gedib-qayıdırıq, Azərbaycan Ermənistan ərazisindən keçərək gedib-qayıdır, qatarlar hərəkət edir – sülh məhz budur”, – deyə Paşinyan bildirib.