İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

PAŞİNYAN ANNA İLƏ YENİDƏN EVLƏNİB?

LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanda Baş nazir Nikol Paşinyanla həyat yoldaşı Anna Akopyanın münasibətləri yenidən gündəmə gəlib. Ermənistan mediasında cütlüyün barışıb-barışmadığı ilə bağlı müxtəlif iddialar yayılıb. Bildirilir ki, onlar hələ də “Instagram”da bir-birini izləmirlər. Bu ilin

14 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanda Baş nazir Nikol Paşinyanla həyat yoldaşı Anna Akopyanın münasibətləri yenidən gündəmə gəlib.

Ermənistan mediasında cütlüyün barışıb-barışmadığı ilə bağlı müxtəlif iddialar yayılıb. Bildirilir ki, onlar hələ də “Instagram”da bir-birini izləmirlər.

Bu ilin fevralında Anna Akopyan Nikol Paşinyandan ayrıldığını açıqlayıb və hökumət iqamətgahını tərk etdiyini bildirib. Daha sonra cütlük sosial şəbəkədə də bir-birini izləməyi dayandırıb.

Parlament seçkiləri ərəfəsində isə Anna Akopyan yenidən hökumət iqamətgahında görünüb. Nikol Paşinyan jurnalistlərə həyat yoldaşının ailəni bərpa etmək üçün ona daha bir şans verdiyini bildirib.

Lakin seçkilərdən sonra Anna Akopyan Paşinyanla birgə ictimai tədbirlərdə görünməyib. Ermənistan mediası onların münasibətlərinin hazırda hansı mərhələdə olduğunun tam aydın olmadığını yazır.

Bununla yanaşı, Paşinyanın son gəlir bəyannaməsində Anna Akopyanın ailə üzvü kimi göstərilməsi də diqqət çəkib.

Qeyd edək ki, Nikol Paşinyan və Anna Akopyan tələbə yoldaşı olublar. Onlar 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alarkən tanış olublar.

Cütlüyün dörd övladı var.

Xəbəri paylaş Dostlarınıza göndərin