İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Özəl məhkəmə ekspertlərinə 10% vergi

Özəl məhkəmə ekspertlərinin gəlirlərindən 10 faiz vergi tutulması, həmçinin onların məcburi dövlət sosial sığortasına cəlb edilməsi nəzərdə tutulur. Leqalxəbər Modern.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında

5 baxış 3 dəq

Özəl məhkəmə ekspertlərinin gəlirlərindən 10 faiz vergi tutulması, həmçinin onların məcburi dövlət sosial sığortasına cəlb edilməsi nəzərdə tutulur.

Leqalxəbər Modern.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar. Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə əsasında aldıqları haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunacaq.

Həmin haqlardan xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulacaq. Ekspertlər hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə təqdim edəcəklər. Hər ay hesablanmış vergi isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəniləcək.

“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə görə, özəl məhkəmə ekspertləri gəlirlərinin xərclər çıxıldıqdan sonra qalan hissəsinin 15 faizi məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

“Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə isə vergi uçotuna alınmış özəl məhkəmə ekspertlərinin sığortalı qismində özlərinin çıxış etməsi nəzərdə tutulur.

Xəbəri paylaş Dostlarınıza göndərin