İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Nəqliyyat axınını yaxşılaşdırmaq üçün tikilən tunelin işi niyə yarımçıq qalıb?

Paytaxtın Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihə üzrə işlər dayandırılıb. Leqal Xəbər Xəzər" TV-yə istinadən məlumat verir ki, Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək tunelin tikintisində hazırda heç bir iş getmir. Bir

13 baxış 3 dəq

Paytaxtın Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihə üzrə işlər dayandırılıb.

Leqal Xəbər Xəzər" TV-yə istinadən məlumat verir ki, Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək tunelin tikintisində hazırda heç bir iş getmir.

Bir müddətdir ki, ərazidə tikinti üçün nəzərdə tutulan materialların toplansa da, lakin texnikanın və işçi qüvvəsinin olmadığı müşahidə edilir.

Sürücülər hesab edirlər ki, tikintinin uzanması ərazidə nəqliyyat yükünü daha da artırır. Onların sözlərinə görə, layihənin tamamlanması təkcə sözügedən küçələrdən istifadə edənlər üçün deyil, həm də ətraf ərazilərdə nəqliyyatın hərəkətinin təşkili baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, tunelin inşası 2025-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrdən biridir. Bu səbəbdən tikintinin hazırda hansı mərhələdə olduğu, işlərin nə üçün dayandırıldığı və nə vaxt bərpa ediləcəyi sual doğurur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlanıb.

Qurumdan bildirilib ki, qeyri-iş günü olduğu üçün məsələ iş həftəsi ərzində dəqiqləşdiriləcək və məlumat veriləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin