İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Niderlandda yüzlərlə gənc küçələrə çıxdı: Polis hərəkətə keçdi

Niderlandın Haaqa şəhərinin mərkəzində toplaşan gənclər polis tərəfindən dağıdılmağa başlanıb. Buna səbəb sosial şəbəkələrdə "Z nəsli etirazları"na çağırışların yayılması olub. Leqal Xəbər TASS-a istinadən məlumat verir ki, hadisə yerinə iğtişaşlara qarşı mübarizə bölməsinin onlarla

11 baxış 3 dəq

Niderlandın Haaqa şəhərinin mərkəzində toplaşan gənclər polis tərəfindən dağıdılmağa başlanıb. Buna səbəb sosial şəbəkələrdə "Z nəsli etirazları"na çağırışların yayılması olub.

Leqal Xəbər TASS-a istinadən məlumat verir ki, hadisə yerinə iğtişaşlara qarşı mübarizə bölməsinin onlarla əməkdaşı və polis cəlb edilib. Şəhər mərkəzində bir neçə küçə bağlanıb.

Polis gəncləri əvvəlcə etiraz aksiyasının keçirilməsinin planlaşdırıldığı Maliveld meydanına doğru sıxışdırıb. Daha sonra bir neçə yüz gənc polisdən yayınaraq meydandan Haaqa Mərkəzi Dəmiryol Vağzalı istiqamətində qaçıb. Vağzalın ərazisində vaxtaşırı pirotexniki vasitələrin partlayış səsləri eşidilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları toplaşanları ərazini tərk etməyə çağırırlar.

Vağzal binasına giriş məhdudlaşdırılıb. Maliveld meydanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb, şəhər mərkəzinə doğru piyadaların hərəkətinə də məhdudiyyət qoyulub.

Polisin məlumatına görə, 10-dan çox şəxs saxlanılıb. Saxlanılanlar arasında üzlərini gizlədən geyimdə olanlar və pirotexniki vasitələrdən qanunsuz istifadə edənlər də var.

Oktyabrın 29-da "GeenStijl" portalı Niderlandın sosial şəbəkə seqmentində Fransada baş verən son hadisələrə bənzər iğtişaşların təşkili ilə bağlı çağırışların, eləcə də kral ailəsinə ünvanlanan təhdidlərin yayıldığını bildirmişdi.

Xəbəri paylaş Dostlarınıza göndərin