Legal Xəbər məlumat verir ki, dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub.
Məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,95 dollar azalaraq 96,86 dollar olub. Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı neftin bir bareli 0,87 dollar ucuzlaşaraq 95,15 dollara düşüb.
Ekspertlər neft qiymətlərindəki dəyişiklikləri qlobal bazarlardakı iqtisadi proseslər, tələb və təklif balansı, eləcə də beynəlxalq enerji sektorunda baş verən hadisələrlə əlaqələndirirlər.