LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının əsaslı təmiri üçün 70 milyon manat vəsait ayrılıb.
Sərəncama əsasən, ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan avtomobil yollarında əsaslı təmir işləri aparılacaq.
Təmir işləri 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarını əhatə edəcək.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat ayrılması nəzərdə tutulub.
