LEQAL XƏBƏR məlumat verir ki, Hindistanın Qərbi Benqal ştatının Mürşüdabad şəhərindən olan 16 yaşlı İqbal Şeyx son beş il ərzində vaxtının böyük hissəsini gölməçədə keçirməyə məcbur olur.
Yeniyetmənin sözlərinə görə, sərin su dərisində yaranan şiddətli və ağrılı yanma hissini azaldır. Həkimlər isə uzun müddətdir bu vəziyyətin dəqiq səbəbini müəyyənləşdirə bilmirlər.
Ailəsi İqbalı müxtəlif tibb müəssisələrinə, eləcə də xalq təbabəti ilə məşğul olan şəxslərə aparsa da, problemin səbəbi müəyyən edilməyib.
Yeniyetmənin hekayəsinin sosial şəbəkələrdə yayılmasından sonra Hindistanın tanınmış iş adamlarından biri Anant Ambaninin diqqətini çəkib. O, İqbalın xəstəliyinin səbəbinin müəyyənləşdirilməsi üçün Mumbaya aparılmasını təşkil edib.
Bəzi mütəxəssislər İqbalın eritromelalgiya adlı nadir xəstəlikdən əziyyət çəkə biləcəyini ehtimal edirlər. Bu vəziyyət dəridə yanma, qızartı və istilik hissinə səbəb ola bilər.
Lakin yeniyetməyə hələlik dəqiq diaqnoz qoyulmayıb. Mumbaydakı həkimlərin ətraflı müayinələr apararaq xəstəliyin səbəbini müəyyənləşdirməyə və müalicə və ya simptomların nəzarətdə saxlanılması üçün xüsusi plan hazırlamağa çalışacaqları bildirilir.![]()