Leqal xəbər məlumat verir ki, Azərbaycanın Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur.
Məlumata görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilati dəstəyi ilə Tbilisidə və ölkənin müxtəlif bölgələrində bayram tədbirləri keçirilir.
Tədbirlər çərçivəsində Azərbaycanın Gürcüstandakı səfiri, diaspor nümayəndələri və ictimai xadimlər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.