İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Moskvada sürücüdən qəribə etiraz..

Rusiyanın paytaxtı Moskvada, "Moskva-Siti" kompleksində sürücü avtomobillə hotellərdən birinin giriş qapısına çırpılıb, daha sonra maşından düşərək "Ləzginka" rəqsi oynayıb. Leqal Xəbər bildirir ki, bu barədə REN TV məlumat yayıb. Telekanalın mənbəsinin ilkin məlumatına görə,

12 baxış 3 dəq

Rusiyanın paytaxtı Moskvada, "Moskva-Siti" kompleksində sürücü avtomobillə hotellərdən birinin giriş qapısına çırpılıb, daha sonra maşından düşərək "Ləzginka" rəqsi oynayıb.

Leqal Xəbər bildirir ki, bu barədə REN TV məlumat yayıb.

Telekanalın mənbəsinin ilkin məlumatına görə, qapının dağıdılmasına sürücü ilə hotelin mühafizəçiləri arasında yaranan münaqişə səbəb olub.

Yayılan kadrlarda avtomobilin hotelin fırlanan qapılarına çırpıldığı görünür. Bundan sonra sürücü maşından düşərək binanın girişində rəqs etməyə başlayıb. O, şüşə divarın arxasında dayanan mühafizəçilərə baxaraq əllərini yelləyib, yumruqlarını havada silkələyib və "Ləzginka" oynayıb.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, yol polisi əməkdaşları Presnenskaya sahilində yerləşən hotelin mühafizəçiləri ilə mübahisədən sonra avtomobili ilə binanın foyesinə daxil olmağa cəhd edən və şüşə qapıları dağıdan sürücünü saxlayıblar.

Volk bildirib ki, hadisə yerinə gələn əməkdaşlar aqressiv davranan şəxsin mühafizəçilər tərəfindən binaya buraxılmadığını müəyyən ediblər. Bundan sonra həmin şəxs avtomobilinə əyləşərək maşınla qapıları dağıdıb, mühafizəçilərdən birini vurub və ərazidən qaçıb. O, çıxışdakı şlaqbaumu da zədələyib.

Xəbəri paylaş Dostlarınıza göndərin