Bu gün gecə saat 2 radələrində Zəyəm-Dəllər sahəsində Tbilisi-Bakı qatarının qarşısına qəfil kişi çıxıb.
135 km/saat sürətlə hərəkət edən qatarın maşinisti təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Hadisə nəticəsində həmin şəxs həyatını itirib. Ölən şəxs 24 yaşlı Rahil Vəliyevdir.![]()