İranın milyonlarla barel nefti alıcı gözlədiyi üçün dənizdə saxlanılır.
LEQAL XƏBƏR verir ki, ABŞ-ın İran nefti ilə bağlı əməliyyatlara tətbiq etdiyi sanksiyaları 60 gün müddətinə dayandırmasından sonra Tehran ixracı artırmaq üçün yeni alıcılar axtarmağa başlayıb.
Məlumata görə, neft ehtiyatlarının böyük hissəsi Fars körfəzi, Hind okeanı və Sinqapur yaxınlığındakı Malakka boğazında yerləşən tankerlərdə saxlanılır.
Bildirilib ki, ABŞ Maliyyə Nazirliyi iyunun 22-də İran nefti və neft məhsullarının istehsalı, tədarükü və satışına ümumi lisenziya verildiyini təsdiqləyən sənəd yayıb.