Leqal xəbər məlumat verir ki, Dünyaca məşhur “Fortress Investment Group” şirkətinin həmtəsisçisi, milyonçu Coşua Pak Londondakı malikanəsində ölü tapılıb.
51 yaşlı iş adamının cansız bədəninin evin içəridən kilidlənmiş hamam otağında aşkarlandığı bildirilib.
Məlumata görə, Pak son vaxtlar köç prosesi və intensiv iş qrafiki səbəbindən ciddi stress yaşayırmış. Hadisə gecəsi isə həyat yoldaşı ilə ABŞ-nin Texas ştatına dönüş biletləri ilə bağlı mübahisə edib.
Bildirilir ki, ertəsi gün zənglərə cavab verməyən iş adamının meyiti ev işçiləri tərəfindən hamam otağında aşkarlanıb.