İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

MİDA güzəştli mənzillərin satışına başladı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin növbəti satışı başlayıb. Leqalxeber.az xəbər verir ki, mənzillərin satışı bu gün - sentyabrın 4-də saat 11:00-dan etibarən həyata keçirilir. Satış elanına Lənkəran və Şirvan şəhərlərində yerləşən yaşayış komplekslərindəki

6 baxış 3 dəq

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin növbəti satışı başlayıb.

Leqalxeber.az xəbər verir ki, mənzillərin satışı bu gün - sentyabrın 4-də saat 11:00-dan etibarən həyata keçirilir.

Satış elanına Lənkəran və Şirvan şəhərlərində yerləşən yaşayış komplekslərindəki mənzillər daxildir.

Belə ki, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə bir mənzil satışa təqdim olunur.

Bundan başqa, satış Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən yaşayış kompleksi üzrə mənzilləri də əhatə edir.

Mənzillərin seçimi və əldə edilməsi MİDA-nın elektron sistemi vasitəsilə həyata keçirilir. Satışda iştirak etmək hüququ olan şəxslər elektron kabinetləri üzərindən satışa çıxarılan mənzillərə baxa və müəyyən edilmiş qaydada seçim edə bilərlər.

MİDA tərəfindən təqdim olunan mənzillər güzəştli mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunur.

Mənzil seçimi zamanı satış elanında göstərilən şərtlər, mənzilin yerləşdiyi yaşayış kompleksi, otaq sayı və digər xüsusiyyətlər nəzərə alınır.

Qeyd edək ki, mənzillərin satışı ilə bağlı ətraflı məlumat, o cümlədən satışa çıxarılan mənzillərin siyahısı və onların xüsusiyyətləri MİDA-nın rəsmi elektron xidmətlər bölməsində yerləşdirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin