İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Məşhur restoranlarda sanitar-gigiyenik nöqsanlar aşkarlanıb

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçiriblər. Leqal Xəbər məlumat verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, aparılan yoxlamalar zamanı 6

12 baxış 3 dəq

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçiriblər. Leqal Xəbər məlumat verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, aparılan yoxlamalar zamanı 6 şadlıq sarayında vəziyyət qənaətbəxş qiymətləndirilib, 41 obyektdə isə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb.

Belə ki, bir sıra obyektlərdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi müəyyənləşib. Həmçinin toy mərasimlərində təqdim olunan ət məhsulları ilə yoxlamaya təqdim edilən müşayiətedici baytarlıq sənədlərindəki məlumatların uyğun gəlmədiyi və digər nöqsanlar aşkarlanıb.

Bundan başqa, "Manisa", "Meridian Luks", "Mirana", "Vegas City Hall" və "Sarı Gəlin" şadlıq saraylarında, eləcə də "Stolovaya №8" iaşə müəssisəsində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir məlumatın qeyd olunmadığı müəyyən edilib.

Eyni zamanda, dörd şadlıq sarayında - "Çıraq Palace", "Meridian Luks", "Mirana" və "İnci"də istehlakçılara süni kürü təqdim edildiyi halda, bu barədə menyuda müvafiq qeydin olmadığı aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib. Ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Nəzarət tədbirləri davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin