Leqal xəbər məlumat verir ki, Türkiyəli müğənni İzzet Yıldızhan barəsində həbs qərarı dəyişdirilərək azadlığa buraxılıb. O, futbolçu Kubilay Kaan Kundakçının qətli ilə bağlı istintaq çərçivəsində şübhəli şəxsə kömək etmək ittihamı ilə saxlanılmışdı.
Məlumata görə, cinayət işi üzrə bir neçə nəfər istintaqa cəlb olunub. Onların arasında Aleyna Kalaycıoğlu və Alaaddin Kadayıfçıoğlu da yer alır.
İş üzrə təqsirləndirilən şəxslərin iyunun 22-də İstanbul Anadolu 27-ci Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacağı gözlənilir.