Legal xəbər məlumat verir ki, Ermənistanda fəaliyyət göstərən “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyan Bakıdakı ermənilərin geri qaytarılması ilə bağlı xüsusi qrup yaradılacağını açıqlayıb.
O, sakinlərlə görüşü zamanı bildirib ki, hakimiyyətə gələcəkləri təqdirdə bu məsələ ilə məşğul olacaq ayrıca mexanizm formalaşdırılacaq. Karapetyan iddia edib ki, sözügedən məsələnin həlli yalnız onun rəhbərlik etdiyi siyasi qüvvə tərəfindən mümkündür.
“Bu rüsvayçılığa səssiz qala bilmərik. Biz bir millət kimi zəif görünürük, amma yalnız hökumətimiz zəifdir”, – deyə Karapetyan vurğulayıb.
O, həmçinin ermənilərin geri qayıtması üçün beynəlxalq əlaqələrindən istifadə edəcəyini bildirib.
Qeyd edək ki, Bakıda saxlanılan erməniəsilli şəxslər müxtəlif cinayət əməllərinə görə məhkəmə qərarları ilə məsuliyyətə cəlb olunublar. Rəsmi Bakı onların azadlığa buraxılması məsələsini gündəmdə saxlamır.
Xatırladaq ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan və ölkənin Kəşfiyyat Xidməti müxalifətin hakimiyyətə gələcəyi halda regionda yeni gərginlik riskinin yarana biləcəyinə dair açıqlamalar verib.
Müşahidəçilərin fikrincə, Ermənistanda revanşist ritorikanın güclənməsi regionda normallaşma prosesinə mənfi təsir göstərə bilər.![]()
MƏHBUSLARI BAKIDAN ALACAM
Legal xəbər məlumat verir ki, Ermənistanda fəaliyyət göstərən “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyan Bakıdakı ermənilərin geri qaytarılması ilə bağlı xüsusi qrup yaradılacağını açıqlayıb. O, sakinlərlə görüşü zamanı bildirib ki, hakimiyyətə gələcəkləri təqdirdə bu
8 baxış
3 dəq