İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Metroda yeni mərhələ:

Bakı metrosunda gələcəkdə sərnişin axınının artacağı təqdirdə yeddivaqonluq qatarların istismara verilməsi mümkündür. Bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırkı mərhələdə belə bir addımın

8 baxış 3 dəq

Bakı metrosunda gələcəkdə sərnişin axınının artacağı təqdirdə yeddivaqonluq qatarların istismara verilməsi mümkündür.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırkı mərhələdə belə bir addımın atılmasına ehtiyac duyulmur. Bəxtiyar Məmmədov bildirib ki, Bakının giriş hissəsində nəqliyyat yükünün azaldılması məqsədilə bu gündən etibarən "Avtovağzal" və "Xocəsən" stansiyalarından sərnişinlərin girişinin ödənişsiz təşkili nəzərdə tutulub. Bu yeniliyin metrodan istifadə edənlərin sayına təsir göstərəcəyi gözlənilir.

Qurum rəsmisi qeyd edib ki, "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasındakı tunelin bağlanması metroda sərnişin axınına təsirsiz ötüşməyib. Bununla belə, tətbiq olunan yeni tədbirlər nəticəsində yaxın dövrdə sərnişin sayında artım proqnozlaşdırılır.

Hazırda metropolitenin xətlərində beşvaqonluq qatarlar fəaliyyət göstərir və mövcud sərnişin axını bu qatarlarla daşınma üçün kifayət hesab olunur. Lakin gələcəkdə sərnişin sıxlığı artarsa, "Bakı Metropoliteni" alternativ həll variantlarını da nəzərdən keçirəcək.

"Bənövşəyi xətt üzrə yeddivaqonluq qatarların hərəkətinə keçmək imkanımız var. Əgər sərnişin sıxlığı bunu tələb edərsə, həmin istiqamətdə müvafiq addımlar atıla bilər", - deyə Bəxtiyar Məmmədov vurğulayıb.

Qeyd edək ki, son illərdə Bakı metrosunda sərnişindaşıma imkanlarının artırılması, yeni stansiyaların istifadəyə verilməsi və infrastrukturun modernləşdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin