LEQAL XƏBƏR məlumat verir ki, Meksika sahilləri yaxınlığında 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri Çyapas ştatının Syudad-İdalqo şəhərindən 113 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı isə 35 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumata əsasən, təbii fəlakət nəticəsində ölən, xəsarət alan və ya dağıntılar barədə hər hansı rəsmi məlumat açıqlanmayıb.![]()