İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Məcnun Məmmədov: "Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb"

Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb. Leqal Xəbər məlumat verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dənli bitkilərin artırılması hədəfi daha az resursla, yəni daha az torpaqdan və daha suyla istifadə edərək

10 baxış 3 dəq

Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb.

Leqal Xəbər məlumat verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dənli bitkilərin artırılması hədəfi daha az resursla, yəni daha az torpaqdan və daha suyla istifadə edərək məhsuldarlığın artırılması istiqamətində hədəf götürülüb: "Bunun üçün "Ərzaqlıq buğda" proqramını və "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"da bunun genişləndirilməsi nəzərdə tutulur. Həmin "Ərzaqlıq buğda" proqramı çərçivəsində 2025-ci ildə 126 min ton əgər ərzaqlıq buğda proqramı çərçivəsində məhsul istehsal olunmuşdusa, 2026-cı ildə bu artıq 170 min tonu keçmişdi və biz hər il bu artıqları müşahidə edirik".

Nazirin fikrincə, burada sevindirici hal o məqamdır ki, ölkə üzrə taxıl məhsuldarlığı bu il 33-34 sentner təşkil etmişdisə, məhz "Ərzaqlıq buğda" proqramında və müasir suvarma altında məhsuldarlıq 54 sentnerdən artıqdır.

O əlavə edib ki, görülən tədbirlər – müasir suvarmanın tətbiqi, lazer mala vasitəsilə hamarlaşdırma, keyfiyyətli toxumlardan istifadə, müasir aqrotexniki tədbirlərin həyata keçirilməsi, həmçinin sahələrdə gübrələmə və dərmanlama işlərinin dronlar vasitəsilə vaxtında icra olunması məhsuldarlığa öz müsbət təsirini göstərir.

Xəbəri paylaş Dostlarınıza göndərin