LEQAL XƏBƏR məlumat verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində qətl hadisəsi baş verib.
Məlumata görə, 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov kəsici-deşici alətlə öldürülüb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı, 1983-cü il təvəllüdlü A. Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.