LEQAL XƏBƏR məlumat verir ki, Masallı rayonunda əkin sahəsindən meyit tapılıb.
Məlumata görə, hadisə avqustun 27-də saat 19:45 radələrində rayonun Mollaoba kəndində baş verib.
Rayonun Boradigah qəsəbə sakini Razi Allahverdi oğlu Fərzullayev Mollaoba kəndində yerləşən əkin sahəsində ölüb. Onun meyiti axşam saatlarında əkin sahəsində aşkarlanıb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.