İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir

Sentyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Leqalxeber.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli

11 baxış 3 dəq

Sentyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Leqalxeber.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.Telefon danışığı zamanı, həmçinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın qarşıdan gələn sədrliyi dövründə bir sıra istiqamətlər üzrə səylər barədə fikir mübadiləsi aparılıb.Nazirlər, eyni zamanda, regional təhlükəsizlik məsələlərini, Cənubi Qafqazda mövcud vəziyyət və regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində görülən işləri, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələləri müzakirə ediblər.

Xəbəri paylaş Dostlarınıza göndərin