LEQAL XƏBƏR məlumat verir ki, Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüş keçirib.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının növbəti məzun buraxılışının əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd olunub ki, yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında mühüm rol oynayan filial Azərbaycan-Rusiya əməkdaşlığının uğurlu nümunələrindən biri hesab olunur.
Tərəflər görüş zamanı Azərbaycan və Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlığın mövcud vəziyyəti, eləcə də gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko və universitetin Bakı filialının rektoru Əziz Əliyev də iştirak ediblər.![]()