Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhərində yerləşən Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında olub.
Ona park ərazisində nəzərdə tutulan bərpa və yenidənqurma layihələri barədə məlumat verilib. Bildirilib ki, 1951-ci ildə salınmış parkda əsaslı təmir və abadlıq işləri həyata keçiriləcək.
Qeyd olunub ki, parkın ərazisində vaxtilə şəhərin ən sevilən istirahət məkanlarından biri hesab olunan və müxtəlif mədəni tədbirlərə ev sahibliyi edən "Yay teatrı" fəaliyyət göstərib. 1800 tamaşaçı tutumuna malik teatr səhnəsində müxtəlif illərdə Azərbaycanın tanınmış müğənniləri, musiqi kollektivləri və teatr sənətçilərinin konsert və tamaşaları təşkil olunub.
Məlumata görə, təmir işləri çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin büstü bərpa edilərək yenidən parkda yerləşdirilib.