İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsi ilə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva oktyabrın 26-da Şamaxı şəhərində fəaliyyət göstərən sosial tikiş müəssisəsinə baş çəkiblər. Leqal Xəbər məıumat verir ki, Leyla Əliyevaya və Alyona Əliyevaya müəssisənin fəaliyyəti, burada yaradılan iş imkanları və sosial

9 baxış 3 dəq

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva oktyabrın 26-da Şamaxı şəhərində fəaliyyət göstərən sosial tikiş müəssisəsinə baş çəkiblər.

Leqal Xəbər məıumat verir ki, Leyla Əliyevaya və Alyona Əliyevaya müəssisənin fəaliyyəti, burada yaradılan iş imkanları və sosial dəstəyə ehtiyacı olan qadınların məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin təşəbbüsü ilə "Tənha anaların sosial inkişafına dəstək" layihəsi çərçivəsində yaradılan müəssisədə hazırda 21 qadın çalışır. Dövlətimizin dəstəyi ilə 10 qadınla fəaliyyətə başlayan müəssisə fəaliyyətini genişləndirərək Şamaxı rayonunun Göylər kəndində filialını açıb. Hazırda hər iki müəssisədə ümumilikdə 50-yə yaxın qadın çalışır.

Müəssisələrdə tənha analarla yanaşı, aztəminatlı ailələrin nümayəndələri də işlə təmin olunublar. Əsas hədəf işçi qüvvəsini artırmaq, daha çox qadının məşğulluğuna şərait yaratmaq və daha çox ailənin sosial rifahına töhfə verməkdir.

Səfər çərçivəsində Leyla Əliyeva və Alyona Əliyeva qadınların iş prosesi ilə tanış olub, onların fəaliyyəti ilə maraqlanıblar. Onlar müəssisədə çalışan qadınlarla xatirə şəkilləri çəkdiriblər

Xəbəri paylaş Dostlarınıza göndərin