LEQAL XƏBƏR məlumat verir ki, Latviya Belarusla dövlət sərhədini tam şəkildə bağlamaq niyyətindədir.
Məlumata görə, bu barədə Latviyanın Baş naziri Andris Kulbergs açıqlama verib. O bildirib ki, məsələ avqustun 4-də hökumətin iclasında müzakirəyə çıxarılacaq.
Baş nazir bu addımın miqrasiya problemləri ilə əlaqəli olduğunu qeyd edib.
“Dövlət təhlükəsizliyi gücləndirmək və miqrasiya təzyiqini azaltmaq məqsədilə bütün mümkün həll yollarından istifadə etməlidir”, – deyə Kulbergs bildirib.
Latviya hökumətinin rəhbəri əlavə edib ki, yekun qərar real faktlar və mövcud statistik məlumatlar əsasında qəbul ediləcək.
Qeyd edək ki, bundan əvvəl texniki nasazlıq səbəbindən Latviya Belarusla sərhədi müvəqqəti olaraq bağlamışdı.![]()